Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

140 Baxış

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir Ruhi əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.Daha sonra tədbir iştirakçıları ümummilli liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Turanmedia.az xəbər verir ki, tədbirdə ilk öncə çıxış edən YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ulu öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəlmişik.
Ruhi əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova öz çıxışında Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ümummilli lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur deyib:” Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Məhz bunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm regional, həm də beynəlxalq müstəvidə yeni-yeni uğurlara imza atır”.
Tədbirdə ruhi əsəb dispanserinin həkimi Rafael həkim , keçmiş YAP fəalları və 44 günlük Vətən müharibəsinin qaziləri iştirak edib.Onlarda ulu öndərlə baglı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678