Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yəhudilərə “müti” deyən və öz xalqını ləkələyən həyasız… – O, Xankəndinə daha heç vaxt gələ bilməyəcək

41 Baxış

İngilis lordu Koks ermənilərin xatirinə yəhudi və ingilis xalqına vicdansızlıq edib, ancaq Xankəndi ermənilərinə bir böyük faktı açıb”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu “Bakı xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.

aydin-quliyev012

Politoloq qeyd edib ki, Britaniyanın lordlar palatasının çox qoca və əldən düşmüş üzvü Koks yalan və həyasızlığın miqyassızlığı ilə adamı dəhşətə gətirən üslubda Xankəndi separatçılarına uzundurma məktub yazıb: “90-cı illərdə düz 88 dəfə Xankəndinə gəlişini fəxarətlə qeyd edən Koks guya azərbaycanlıların Mardekertin Marağa kəndində törətdikləri “vəhşilikləri” sübut edən yalanlar uydurur. Erməniləri öz “tarixi” torpaqlarının müstəqilliyi uğrunda barışmaz mübarizəyə çağıran Koks məhz vicdanının yoxluğu səbəbindən yadına salmaq istəmir ki, ermənilər üçün “tarixi vətən” saydığı bu ərazilərdə Marağa kəndi necə yaranıb?! Elə bu Marağa adı ermənilərin həmin kəndə 1828-ci ildə Cənubi Azərbaycanın Marağa şəhəriindən köçürüldüklərini sübut etmirmi?! Bəs harda qaldı Koksun ermənilər üçün “tarixi vətən” pafosu?! Koks uzundurma məktubda özünü aşkar ifşa edən bir faktı da etiraf edir. Guya erməniləri barışmamağa çağırırmış kimi yazır: “Mən bu xəbəri eşidəndə təəssüf etdim ki, fövqəl dövlətlər Ermənistanı sıxırlar ki, “Artsaxı” verib sülh sazişi imzalasın”. Demək ki, Koks ermənilərin öz ambisioz yollarında təkləndiklərini əla bilir.

Koksun yəhudi xalqına böhtan atmasının isə cavabını qoy yəhudilər özləri versin ki, çox mübariz yəhudi xalqının tarixində belə fakt olub ya olmayıb. Koks yazır: “Son İudeya çarlığının peyğəmbəri Yeremey vətənində heç bir sülh şəraiti olmaya – olmaya hey “sülh, sülh” dedi, nəticədə vətənlərini, rahatlıqlarını itirdilər”. Yəni Koks yəhudi xalqını mütilikdə ittiham edib”.

Aydın Quliyevin sözlərinə görə, eradan əvvəl 8-ci və 6- cı əsrlərdə yəhudi xalqını 2 dəfə Yəhudi və İsrail çarlıqlarından zorla köçürən Assuriya və Babil şahlarına qarşı ölüm mübarizəsi aparmış yəhudi xalqını “mütilikdə” suçlamaq ancaq Koks kimi vicdansız ingilis arvadının işi ola bilər.

“Koks mənsub olduğu ingilis xalqının öz tarixini də bu məktubda ləkələyib. Guya ingilislərin də tarixindən yəhudilərə bənzər nümunə gətirir. Deyir ki, ingilis xalqı faşizm təhlükəsi ilə üz-üzə qalanda baş nazir Çemberlen “sülh, sülh” deyərək əlində kağız gətirsə də, İngiltərəyə sülh gətirə bilmədi, ancaq ondan sonrakı baş nazir Çörçil “qan, tər, döyüş” deyərək sonda azad və rifahlı Britaniyaya nail oldu.

Koks burada 1938- ci ilin sentyabrında Münhendə Sudet vilayətinin Almaniyaya ilhaq edilməsi barədə Hitlerlə sazış imzalayandan sonra uçub gəldiyi London aeroportunda həmin sənədi havada yellədərək “mən ingilis xalqına sülh gətirdim” bəyanatına işarə vurur. Doğrudur, Çemberlenin o sazişi Britaniyanı Hitlerin hücumundan qoruya bilmədi, müharibə başladı, Çemberlen istefa verdi və yeni baş nazir Çorçil Britaniyanı həqiqətən faşizm üzərində qələbəyə apardı”, – politoloq bildirib.

Aydın Quliyev deyib ki, bu ibrətamiz tarixdə və müqayisədə Koksun vicdansızcasına unutduğu bir mətləb var. Erməniləri Çemberlen kimi yox, Çörçil kimi “müharibə yolu ilə sülhə” səsləyən Koks unudur ki, Çemberlen də , Çörçil də öz xalqlarını təcavüzdən qorumaq istəyirdilər, ermənilərin isə özləri təcavüzkardı.

“Koks kimi vicdansız bir arvad olsan, belə tarixi həqiqətləri uf demədən kənara qoymağa nə var ki?!

Ancaq Koks Xankəndinə 89-cu dəfə daha heç vaxt gələ bilməyəcək”, – politoloq əlavə edib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678