Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fuad Nəcəfli Naxçıvanın statusu ilə bağlı iddialara son nöqtəni qoydu – VİDEO

40 Baxış

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibə verib. Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair yeni qəbul edilən Dövlət Proqramını (2023-2027-ci illər) yüksək qiymətləndirib, proqramın qəbuluna görə, Prezident İlham Əliyevə Naxçıvan Muxtar Respublikası sakinləri və ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.

Fuad Nəcəfli Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki mühüm roluna diqqət çəkərək gələn il muxtar respublikanın yaradılmasının 100 illik yubileyinin qeyd olunacağını deyib. Səlahiyyətli nümayəndənin bu fikri Naxçıvanın statusu ilə bağlı iddialara son nöqtəni qoyub. Fuad Nəcəflinin çıxışından belə anlaşılır ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı yaxın gələcəkdə hər hansısa dəyişiklik gözlənilmir.

Turanmedia.az Tns.az-a istinadən həmin müsahibəni təqdim edir:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678