Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Valeri Meladze “xarici agent” elan edilə bilər

55 Baxış

Rusiyalı müğənni Valeri Meladzenin adı “xarici agent” siyahısına daxil edilə bilər.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “SHOT” teleqram kanalı yayıb.

Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal layihənin rəhbəri Vitali Borodin 57 yaşlı müğənninin “xarici agent”lər siyahısına daxil edilməsi tələbi ilə Baş prokurora müraciət edib.

Məlumata görə, buna səbəb Meladzenin bu yaxınlarda Dubayda bir tədbir zamanı “Qəhrəmanlara eşq olsun!” deməsi olub.

Bildirilir ki, Meladzenin “xarici agent” siyahısına daxil edilməsi məsələsi əvvəllər Ədliyyə Nazirliyində müzakirə edilsə də, bununla bağlı qərar verilməyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678