Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həbs edilən icra başçılarına xüsusi imtiyazlar yaradılır? – AÇIQLAMA

118 Baxış

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslərə xüsusi rahat şərait yaradıldığına dair məlumatlar paylaşılır.

Oxu.Az xəbər verir ki, xüsusi imtiyaz yaradılanlar arasında həbs edilən icra başçılarının da olduğu iddia edilir. 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirilib ki, bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair dərc edilən məlumatlar əsasında araşdırma aparılıb:

“Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib. Həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678