Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güclü maqnit qasırğası başlayır, iyunun 16-da pik nöqtəyə yüksələcək – CİDDİ XƏBƏRDARLIQ

44 Baxış

Sabah – iyunun 10-da Yer kürəsində güclü maqnit qasırğası olacaq.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, geomaqnit həyəcanı kifayət qədər güclü olacaq və həm meteohəssas insanlara, həm də sağlam insanlara təsir edəcək.

Daha sonra iyunun 15-16-da növbəti orta intensivlikli maqnit qasırğası gözlənilir. Maqnit qasırğasının pik nöqtəsi iyunun 16-da olacaq – xroniki xəstəlikləri olan və meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar.

Həkimlər çox işləməyi deyil, bədənə qulluq etməyi məsləhət görürlər. Fiziki fəaliyyətdən imtina etmək və qidalanmanı diqqətlə izləmək daha yaxşıdır – çox yağlı və duzlu qidaların qəbulunu məhdudlaşdırın. Stressdən uzaq olun, açıq havada vaxt keçirmək daha yaxşıdır. Yuxu cədvəlinə riayət etmək vacibdir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678