Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saf günlərdən nə qaldı?!

110 Baxış

Saf günlərdən nə qaldı?!

Keçmişdə böyüklər əmr edərdi,
Kiçiklər də həmin yerə gedərdi!

Abır-həya, bir qanacaq var idi,
Bir sözü iki eləmək ar idi!

Qonşu qonşusuna kömək edərdi,
Nəsə bişirsəydi, yemək verərdi!

O vaxt hər kəs bir-birini yad edər,
Qonaq gələr, həm də ki, qonaq gedər!

Qayıtdım on yeddi il əvvələ mən,
Mən danışım, burda oxu, dinlə sən!

Görürsənmi nə gözəl illər oldu,
O illərə baxıb gözlərim doldu!

Hamı bir-biriylə mehriban idi,
Hər şey bir səliqə-səhman idi!

İndi yaman pis illərə gəlmişik,
Nə görmüşük, elə o vaxt görmüşük!

O vaxt mərhəmətdi, indi xəyanət,
İnsanlarda çətin tapaq sədaqət!

Hamı hamıyla danışır yalandan,
Bixəbərdir hər kəs Uca Allahdan!

O vaxt hər kəs saf idi, görmüşük biz,
Həmin ədəb-ərkanı sevmişik biz!

Oğlan qızı, qız oğlanı sevərmiş,
O vaxt sevgi həqiqi sevgi imiş!

Baxıram indi sevgiyə, məhəbbətə,
Dözə bilmirsən o vaxtkı həsrətə!

Həqiqətən, zəmanə çox dəyişdi,
Həm kasıb, həm varlı, həm tox dəyişdi!

Namərdlər çoxaldı, mərdlər azaldı,
Çoxu yerə girdi, çoxu ucaldı!

O vaxt kişi vardı, dərd də az idi,
Lap kasıb olsaq da, hər şey saz idi!

Gözəl günlərimiz getdi, bax, belə,
Xeyri nədir, ona baxıb dərd elə!

Amma insanıq, çəkirik xiffəti,
Axtarırıq həmin səmimiyyəti!

Zəmanə dəyişsə, hamı dəyişsə,
Mən heç dəyişmərəm, milyon verilsə!

O vaxt hamı əbədi dost olardı,
Dostluğunda hər kəs dürüst olardı!

Ərtoğrul da baxıb fikirə daldı,
Denən, görüm, saf günlərdən nə qaldı?!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678