Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

168 saat – Azərbaycana gələn yeni səfirlər, seçki həyəcanı, Milad bayramı coşğusu…

20 Baxış

Yeni ilin ilk həftəsi (01-07 yanvar) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisə baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftəyə nəzər salacağıq.

Bütün dünyada olduğu kimi, zəngin tolerantlıq ənənələrinə sahib Azərbaycanda da Yeni iliş gəlişi böyük coşğu ilə qeyd edilib.

Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb. Təbrikdə qeyd edilib ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar: “Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da Milad bayramı münasibətilə ölkəmizdəki xristian icmasını təbrik edib.

Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

milad

Yanvarın 7-də Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib.

mb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin, Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin, Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnamələrini qəbul edib.

yaponsefir

lukssefir

perusefir

Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libbi ilə Ferqus Auldun Azərbaycan dilində Yeni il təbriki maraqla qarşılanıb.

sefirler

Məlum olduğu kimi, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Dekabrın sonunda İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınmışdı.

Ötən həftə isə MSK daha iki nəfərin – Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Bununla prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.

Həftə ərzində Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.

İndiyədək ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Yanvarın 5-də Belarusun xarici işlər naziri Sergey Aleynik ilə Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanın diplomatik missiyasının yeni rəhbəri etimadnaməsinin surətini nazirə təqdim edib.

meherremeliyev

Həftə ərzində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun Estoniyanın “Err.ee” saytına müsahibəsi maraqla qarşılanıb.

Elçin Əmirbəyov bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalasa, Avropa bundan yalnız qazanar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.

Ölkəmizə mütəmadi olaraq, qərəzli mövqedə olab ABŞ ötən həftə də bu münasibətini davam etdirib. Dövlət Departamenti bir neçə ölkəni, o cümlədən Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə “xüsusi izləmə siyahısı”na daxil edib.

ABŞ-nin bu addımı Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin kəskin etirazına səbəb olub. Müxtəlif dini icmaların, konfessiyaların təmsilçiləri bəyanat yayaraq, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı heç bir qadağa, zorakılıq və maneə olmadığını bildiriblər.

Həftə ərzində Azərbaycanın müxtəlif bölgələrində yerləşən kilsələrdə pravoslav xristian icmasının üzvləri böyük coşğu ilə Milad bayramını qeyd ediblər.

Arxada qoyduğumuz həftə diqqətçəkən daha bir açıqlama elm və təhsil naziri Emin Əmrullayevdən gəlib. Nazir orta məktəblərdə 10-11-ci siniflərin məzmununa yenidən baxılmalı olduğunu deyib: “Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Bu, ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”.

Ötən həftə ölkədə davam edən əlverişsiz hava şəraiti fəsadsız ötüşməyib. Paytaxtda və bölgələrdə güclü külək səbəbindən tikililərin damları uçub, ağaclar aşıb, dağlıq bölgələrdə şiddətli qar yağışı və şaxta qeydə alınıb.

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub.

polad

Yanvarın 4-də isə Laçından üzücü xəbər gəlib. Çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Həmin hərbçilərə şəhid statusu veriləcəyi açıqlanıb.

Xeyli vaxtdır, yayılmaqda davam edən qızılca xəstəliyi yenə ölümə səbəb olub. Cəlilabadda tələbə qız, Şəkidə 6 yaşlı oğlan qızılcadan ölüb.
Bu həftə mədəniyyət sahəsində iki ağır itki ilə yadda qalıb.

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü, Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib. Onların hər ikisi onkoloji xəstəlikdən əziyyət çəkib.

Ötən həftə Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı qız üçün təcili tibbi yardım maşınının gəlməməsi müzakirələrə səbəb olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayaraq araşdırma aparıldığını bildirib.

Yeni ilin ilk günü Yaponiyada ard-arda güclü zəlzələlər baş verib. 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələlər dağıntılara səbəb olub. Nəticədə 128 nəfər ölüb.

yaponiya

Ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS savaşı davam edir. İsrail pilotsuz üçuş aparatları ilə Livanın paytaxtı Beyruta hücumu nəticəsində Fələstinin HƏMAS radikal hərəkatının rəhbərlərindən biri olan Saleh əl-Aruri öldürülüb.

nemas

İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ildönümü mərasimi yenə çoxsaylı insan itkisi ilə nəticələnib. Kirman şəhərində törədilən partlayışlar nəticəsində onlarla aksiya iştirakçısı ölüb və yaralanıb. Partlayışı İŞİD terror təşkilatının törətdiyi müəyyənləşib.

iran

Ötən həftə Prezident Vladimir Putin Rusiya vətəndaşlığına qəbulun sədələşdirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, müqavilə ilə hərbi xidmətə cəlb olunan əcnəbilər vətəndaşlığa qəbul ediləcək.

Həftə ərzində ABŞ-nin dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib. Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb.

blinken


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678