Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail dünyaya meydan oxudu: Dəstək dayansa belə…

31 Baxış

Beynəlxalq dəstək dayandırılsa belə, İsrail Qəzza zolağında öz hədəflərinə çatmağa və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.

“İlk növbədə, biz dünya arenasında İsrailə görünməmiş dəstəyi müşahidə edirik. Onlarla dünya lideri və xarici işlər naziri buraya gələrək həmrəylik ifadə etdilər. Amma indi mən çox açıq deyirəm – beynəlxalq kredit başa çatsa belə, biz qarşımıza qoyduğumuz iki məqsədə – HƏMAS-ın məhv edilməsi və bütün girovların azad edilməsinə nail olacağıq”, – XİN rəhbəri bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678