Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Turizm Kollecində 15 iyun-Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib.

139 Baxış

Turanmedia.az xəbər verir ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizdə bütün sahələrdə əldə olunan uğurları, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsi, elm, təhsil, mədəniyyət, idman, incəsənətin sürətli inkişafı, Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları çatdırmaq olub. Dəyirmi masanı giriş nitqi ilə açan direktor Kamal Əhmədov qonaqları salamlayıb, sonra unudulmaz lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
Direktor Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışıb.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev məktəbi və müasir Azərbaycan gəncliyi” mövzusunda hər bir xalqın özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bir başa bağlı olduğunu vurğulayaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhni olduğunu bildirib. Mingəçevir Dövlət Universitetinin dosenti Asim Məmmədov “15 iyun Milli Qurtuluş Günü: dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib” mövzusunda Heydər Əliyevin siyasi hakimiyyəti illərində xalqa xidmətlərindən söz açaraq bildirib ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi hər iki dövrdə Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi. İlk gəlişində ölkəni iqtisadi-mədəni gerilikdən xilas edən Ulu Öndərimiz, ikinci gəlişində xalqımızın xilaskarı missiyasını həyata keçirdi. Heydər Əliyevin özündən sonra yerinə layiqli siyasi varis qoyub getməsini onun Azərbaycan xalqına son xidməti kimi vurğuladı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz”, mövzusunda çıxış edərək, müasir Azərbaycan gəncliyinin milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşatdığını bildirib.Ümummilli liderimizin həyata keçirdiyi uğurlu dövlət quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə davam davam etdirildiyini, gənclərin ölkənin bütün ictimai-siyasi, mədəni, iqtisadi və digər sahələrində sərbəst fəaliyyəti, qanunvericilik və idarəetmə orqanlarında yaxından iştirakı dövlət başçısının uğurlu gənclər siyasətinin parlaq sübutu olduğunu bildirib.
Mingəçevir Turizm Kollecinin müəllimi Aygün Hüseynova “Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi hər bir vətəndaş üçün tarixi məktəbdir” mövzusundakı çıxışında bildirib ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videorolik izlənilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678