Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramiz Mehdiyevin müşaviri: “Elçibəy müqəddəslərin müqəddəsidir”

174 Baxış

AMEA-nın prezidenti Ramiz Mehdiyevin humanitar sahə üzrə müşaviri Möhsün Nağısoylunun Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy barədə yazdığı məqalə üzə çıxıb.

Turanmedia.az konkret.az-a istinadən həmin məqalədən qısa bir hissəni təqdim edir:

“Çoxları dodaq büzsə də mən onu “Əbülfəz müəllim” deyə çağırıram. Axı o, doğrudan da, mənim müəllimim olub: tələbə olarkən – bir dəfə İran tarixindən imtahan verərkən imtahanda assistent kimi iştirak edibdir. O vaxt Əbülfəz müəllimi kimsəsiz, kasıb tələbələrin arxası, dayağı kimi tanıyırdım.

1976-cı ildən isə tale bizi yaxın etdi – həmin ildən eyni şöbədə işləyirik. Əvvəl o mənim müdirim olub, indi isə mən onun (88-in fevralından).

1981-ci ildə Akademiyanın Rəyasət Heyətinin iclasında Əbülfəz müəllim şöbə müdiri, mən isə böyük elmi işçi vəzifəsinə təsdiq olunurdum. Akademiyanın o vaxtkı prezidenti adəti üzrə elmi işçilərə sual verirdi. Əbülfəz müəllimə sualı bu oldu: “Namazı bilirsən?” Əbülfəz müəllim böyük salonda ucadan namaz duası oxuyarkən ağsaçlı akademiklərin ona necə də heyranlıqla qulaq asdıqlarını yaxşı xatırlayıram. Sonralar bu cəzbedici səs beləcə yüz minlərlə adamı özünə çəkdi.

Əbülfəz müəllim bir insan kimi sadələrin sadəsi, safların safı, müqəddəslərin müqəddəsidir. Tutduğu yoldan dönməyən, heç kimə və heç nəyə əyilməyən, kimsədən bir şey güdməyəndir, xüsusilə də şəxsən özü üçün”.

Qeyd edək ki, bu məqalə “Əbülfəz Elçibəy: Bu mənim taleyimdir” adlı kitabda (Bakı, 1992) çap olunub. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678