Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yeni Həyat” “liftqıran hakim”in hərəkətinə münasibət bildirib: “Həmin şəxs kompleksdə mülkiyyətçi deyil”

40 Baxış

Yeni Həyat” yaşayış kompleksində mənzillərə xidmət göstərən “Güvenli Servis Menecment” MTK Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun liftin idarəetmə lövhəsindəki hissəni qırmasına münasibət bildirib.

Turanmedia.az xəbər verir ki, MTK-dan Musavat.com əməkdaşına bildiriblər ki, həmin şəxs kompleksdə mülkiyyətçi də deyil:

“Eyni məntiqlə istənilən digər şəxslər (qonaqlar və yə digər şəxslər) binada mənzil mülkiyyətçilərinin əmlaklarına öz təxəyyüllərinə görə ziyan vuramalıdılarmı? Lift kartları yalnız xidmət haqqı borcu olan sakinlərə liftlərə xidmət göstərən şirkət tərəfindən bloklanıb. Lift digər sakinlər üçün məhdudiyyətsiz olaraq aktivdir. Baş verən hadisə ilə bağlı yayılan məlumatlarda qeyd olunan məhkəmə qətnaməsi barədə xidmət göstərənin məlumatı yoxdur. Əgər belə qərar olarsa, həmin icraçılar tərəfindən qətnamənin icrası mütləq qaydada məcburi şəkildə icra etdirilir. Əks halda xidmət göstərən ciddi şəkildə cərimələnir. Məhkəmə qətnaməsi olsa belə, kiminsə mülkiyyətinə ziyan vurmağa qanunvericilik icazə vermir. Hər halda bunu hər bir vətəndaş bilir. Binanın idarəçiliyinin sakinlər tərəfindən öz üzərinə götürmələri ilə bağlı zamanında məlumatlandırılıblar və öz hüquqlarını yaxşı bilirlər. Liflərə quraşdırılan qurğu kart oxuyucusudur. Ziyan da həmin qurğuya vurulub. Həmin qurğu məhdudlaşdırıcı rol oynadığına görə binaya daxil olan kənar şəxslərin istifadəsini mümkünsüz edərək sakinlərin eyni zamanda qorunmasına xidmət edir”.

Qeyd edək ki, hakim Zamiq Bağırovun yaşadığı kompleksin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi həmin şəxslərin liftə girişini məhdudlaşdırıb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra hakim Zamiq Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678