Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərtoğrul Mehdizadənin şer dünyası

88 Baxış

Əsil sevgi necədir, başa salım sənə!

Əsil sevgi odur ki, möhkəm sevəsən,
Əgər sevirsənsə, gərək, deyəsən,
Qarşındakı insanı gözlətməyəsən,
Bunu oxu, sonra “Sağ ol!” de mənə!
Əsil sevgi necədir, başa salım sənə!

“Leyli və Məcnun”-u qoy bir kənara,
Aradığını onda yox, gəl bunda ara,
Leyli, Məcnun hara, axı sən hara?!
Yaxşı olar, diqqətlə qulaq as mənə!
Əsil sevgi necədir, başa salım sənə!

Sevirsənsə birini, başqaya kor ol,
Qulağın onu eşitsin, ayrıya kar ol,
Sevdiyinin yanında həmişə var ol,
Qoy, sonra etməsin, sevgilin tənə!
Əsil sevgi necədir, başa salım sənə!

Elə bilmə, sevgi boş bir şeydir,
Əgər sevsən, bilərsən, nə xoş bir şeydir,
Sevgi şərabdır, içənsə sərxoş bir şeydir,
Hər kim bunu oxusa, dua edər mənə! Əsil sevgi necədir, başa salım sənə!

Hər kəs deyir: “Sevirəm!”, amma yalandır!
İndiki sevgidən, vallah, amandır!
Sevgisi də, özü də, vallah yamandır!
Təki hamı çox sevsin, çıxaq o xoş günə!
Əsil sevgi necədir, başa salım sənə!

“Leyli və Məcnun” kağız üzərində bir əfsanədir,
Leyli yalançıdır, Məcnun divanədir,
Deyirlər ki, güya bu əsər bir yeganədir,
O əsər əfsanədir ki, əfsanə!
Əsil sevgi necədir, başa salım sənə!

Sevənlərin həm ürəyi, həm sözü,
Gərəkdir ki, bir-birində olsun gözü,
Məhəbbət bir manqaldır, sevgi də közü,
Sevdiyinin ürəyinə batırma iynə!
Əsil sevgi necədir, başa salım sənə!

İndiki sevgidən yoxdur əlamət,
Getdikcə çoxalır acı xəyanət,
Deyəsən, yaxınlaşır həmin Qiyamət,
Bilmirsənsə sevməyi, onda, az göynə!
Əsil sevgi necədir, başa salım sənə!

Sevginin adın eşit, özünü görmə,
Hər sevəni özünə bir yarın bilmə,
Ərtoğrul, çox da gəl sən fikir vermə,
İstəmir, öyrənməsin, sən öyrət özünə!
Əsil sevgi necədir, başa salım sənə!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678