Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıdan qayıdan Ərdoğandan mühüm paylaşım…

39 Baxış

İnşallah, Türkiyə Yüzili eyni zamanda türk dünyasının əsri olacaqdır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi üçün birlikdə böyük səy göstərilir:

“14 və 28 may seçkilərdən sonra ilk səfərlərimizi Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edərək dəstəyimizi ortaya qoyduq. Rəbbimiz sevgimizi, qardaşlağımızı daimi etsin.

Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik. Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər, hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk.

Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik.

Bizlərə “İki dövlət, bir millət” şüarını miras qoyan Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevi doğumunun 100-cü ilində rəhmətlə yad edirəm. Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev qardaşım ilə əl-ələ, könül-könülə verərək münasibətlərimizi hər sahədə inkişaf etdirməyə davam edəcəyik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678