Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklər – 5 əlamət

34 Baxış

Qaraciyərdə piylənmə 3-4-cü mərhələyə keçərsə, orqanda çapıqlar meydana gəlir və sonradan sirroza doğru gedir.

Çox xəstələr xəstəliyindən çox gec xəbər tutur.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, hepatoloq həkim Alla Yujnova xəstə qaraciyərin insanın üzündə, xarici görünüşündə təzahürlərini açıqlayıb.

Xüsusən şəkər xəstələri risk qrupundadır.

Üzünüzdə bunlara diqqət edin:

– saralmış göz dibi
– sarımtıl dəri və ovuclar
– Dərinin qırmızılaşması
– Üzdə damar genişlənməsi – rozasea
– Üzdə sanki mum effekti
– Venalardan sap kimi çıxıntılar – ayaqlarda, pəncədə

Bu simptomlar onu göstərir ki, qaraciyər yüklənib və orqanizmi, qanı toksinlərdən təmizləməyə çalışır, artıq dəri prosesə qoşulub.

Hansı qidalar qaraciyər piylənməsinə səbəb olur: fast fud, mayonez, ketçup, yağlı qidalar, hazır qidalar, normadan artıq yemək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678