Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təşviqat üçün ayrılmış daimi görüş yerlərinin SİYAHISI

23 Baxış

Növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678