Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DTX Bilgəhdəki istirahət mərkəzinin görüntülərini yaydı

45 Baxış

Dövlət Təhlükəsizliyi Xidməti Bilgəhdəki istirahət mərkəzinin görüntülərini yayıb.

Turanmedia.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Bununla bağlı mediaya təqdim olunan xəbərdə mərkəzin fotoları da yer alıb.

Bildirilib ki, “Bilgəh” İstirahət Mərkəzi 1953-cü ildə fəaliyyətə başlayıb. Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanının rəhbəri olduğu zaman birbaşa onun təşəbbüsü ilə 1968-ci ildə mərkəz keçmiş SSRİ Zaqafqaziya sərhəd dairəsinin balansından çıxarılaraq Azərbaycan təhlükəsizlik orqanına verilib.

Qeyd olunub ki, bu mərkəz ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş dahi rəhbər Heydər Əliyevin sevdiyi məkan olub, Ulu Öndər bu orqanlarda çalışarkən ailə üzvləri ilə birlikdə yay aylarında istirahətini burada keçirib.

Hazırda genişmiqyaslı yenidənqurma işlərinin getdiyi mərkəzdə əməkdaşların və onların ailə üzvlərinin istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678