Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gədəbəydə sakinlər tikintiyə mane oldu – Polis qaydalara əməl etməyən şəxsləri ərazidən kənarlaşdırdı

44 Baxış

Gədəbəyin Söyüdlü kəndində sakinlər süni göl tikintisinə mane olmağa çalışıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, onlar gölün suyunun təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, tikintiyə müdaxilə edilib: “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”.

Araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678