Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda gəmi gəzintiləri niyə olmur? – SƏBƏB AÇIQLANDI

46 Baxış

Bakının Xəzər sahillərinin əsas simvollarından biri də gəmilər sayılır. Xüsusilə yay aylarında, eləcə də bayram və tətil günlərində qısamüddətli dəniz səyahətinə tələbat artır.

Amma dəniz gəzintisi mövsümü başlasa da, hazırda vətəndaşlara xidmət göstərilmir.

Turanmedia.az xəbər verir ki, bunun səbəbi ilə bağlı Dənizkənarı Bulvar İdarəsi açıqlama verib.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, gəmilər saz vəziyyətdədir, amma suyun səviyyəsi aşağı enib: “Ötən ilin noyabr ayından gəmilərimizin fəaliyyəti müvəqqəti dayandırılıb. Buna səbəb Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsidir. Gəmilərimiz texniki baxışdan keçib. Heç bir problem yoxdur.

Dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Aidiyyəti qurumlarla müzakirələrdən sonra gəminin yeni marşrut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik”.

Bulvar İdarəsindən, həmçinin qeyd edilib ki, yay aylarında Milli Parkda yeni attraksion və oyun qurğuları olacaq: “Artıq sifarişlər olunub. İlin sonuna qədər bu qurğuların bulvar ərazisində quraşdırılması nəzərdə tutulur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678