Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcərdə ağır qəza: Gəncə sakininin boynu sındı

36 Baxış

Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Məhəmməd Əmiraslan oğlu Vəliyev ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678