Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər

39 Baxış

İyunun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı yayılan kadrlarda mülki şəxslərin sənədlərinin yoxlanılması prosesi əks olunub.

Videoda onların yoxlanışdan sonra sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə keçdiyi görünür.

Bu görüntülər Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678