Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus xəstəsi şəhər ərazisində saxlanılıb

112 Baxış

Qaxda evi tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtanqinin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Vaxtanqi idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678