Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Neftçi” İsraildə qalib gəldi, Bakı silkələndi…

41 Baxış

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda baş verən zəlzələ ilə bağlı maraqlı paylaşım edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, nazir “Neftçi”nin qadınlardan ibarət basketbol komandasının İsraildə qalib gəlməsi ilə Bakının silkələnməsini qarşılaşdırıb.

“Neftçi” İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu… Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!” – nazir bildirib.

Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizinin şimal hissəsində, Azərbaycan sahilində 5,7 ballıq zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, ölkəmizin şimal hissəsinin sahil ərazilərində hiss edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678