Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat zəlzələnin ortalığa çıxardığı problemdən danışdı: “Hazır deyilik”

44 Baxış

“Fövqaladə hallar zamanı Azərbaycanın ixtisaslaşmış dövlət qurumları dərhal baş verən hadisəyə operativ reaksiya verməyi bacarırlar. Elə dünən gecə Xəzər dənizində baş verən zəlzələdən dərhal sonra əlaqədar olan bütün dövlət qurumlarının rəsmilərinin açıqlamaları vətəndaşlarımızın panikaya düşməməsi, onların müxtəlif psixoloji sarsıntılar keçirməməsi üçün çox vacib bir addım idi”.

Turanmedia.az xəbər verir ki, bunu TNS-ə açıqlamasında millət vəkili Hikmət Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, TƏBİB, eyni zamanda Azərbaycan Milli ElmlərAkademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəz nə baş verdiyi, zəlzələnin təsir gücünün nə qədər ola biləcəyi və olduğu, təkrarlanıb təkrarlanmayacağı ilə bağlı maarifləndirici məlumatlar verdilər. Bu, əlbəttə ki, təqdir olunmalıdır.

15168769301081412982_1200x630

“Ancaq bununla bərabər bir məsələ ortaya çıxdı. Azərbaycan seysmik baxımdan çox da aktiv bir ərazidə yerləşmədiyi üçün bəlli oldu ki, bənzər hallara reaksiyamız ümumkütləvi konteksdə həddən artıq emosional olur. Bu isə şübhəsiz ki, Azərbaycanda zəlzələlər və onların mümkün nəticələri ilə bağlı maarifləndirmənin zəif olmasından irəli gəlir”,- deputat qeyd edib.

Millət vəkili deyib ki, belə hallarda sistemli şəkildə və ardıcıl olaraq istər media, istərsə də elmi populyar mərkəzlər daima maarifləndirmə işi aparmalıdırlar.

“Dünənki hadisə bir daha onu göstərdi ki, bəzi hallarda həddindən artıq emosional reaksiya həm vətəndaşların sağlamlığına zərər gətirə, həm də müxtəlif panik hərəkətlərə səbəb ola bilər. Bu da əslində qeyri-adekvat bir reaksiya hesab olunur. Ona görə də hazırda zəlzələ və onun nəticələri, yaxud da Azərbaycanda zəlzələlərin hansı miqyasda və nə qədər dağıdıcı ola biləcəyi ilə bağlı mütləq maarifləndirmə işləri aparılmalıdır. Bu günün çağırışı məhz bundan ibarətdir”, – Hikmət Məmmədov əlavə edib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678