Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN sabiq deputat Nazim Bəydəmirlinin niyə saxlanıldığını açıqlayıb

41 Baxış

Daxili İşlər Nazirliyi sabiq deputat Nazim Bəydəmirlinin saxlanılmasına münasibət bildirib.

Turanmedia.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov mediaya açıqlamasında Nazim Bəydəmirlinin vətəndaş müraciəti əsasında araşdırmaya cəlb edildiyini deyib.

“Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, – Z.Hüseynov qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678