Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fərqlənmə attestatları təqdim olundu

360 Baxış

Fərqlənmə attestatları təqdim olundu.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə tam və ümümi orta təhsil pilləsinin fərqlənmə atestatlarına layiq görülən şagirdlərə dövlət nümunəli sənəd təqdim etmək üçün tədbir təşkil olunub .Tədbirdə ilk əvvəl torpaqlarımızın ərazisinin bərpası uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, dövlət himni səsləndirilib.

Mingəçevir ümumtəhsil məktəblərinin ümumi orta təhsil pilləsi üzrə 1404 ədəd adi atestat 43 nəfər fərqlənmə atestatları ,tam orta təhsil bazasında 1056 şagird onlardan 24 nəfərə fərqlənmə atestatına ,5 şagird medala layiq görülmüşdür.

Mingəçevir təhsilini əks etdirən video-təqdimat nümayiş olunub. Tədbirdə Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, valideyinlər və şagidlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Sevinc Həsənova təhsildə qazanılan uğurlar və nailiyyətlər haqqında danışıb şagirdləri təbrik edib. Daha sonra MDU-nun rektoru Şahin Bayramov, Aygün Novruzova , Zəhra Həsənova, şagirdlərə daha böyuk uğurlara arzuladılar. Sonda şagidlərə attestatlar təqdim olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678