Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Diplomatik xidmətə qəbul üzrə imtahan keçiriləcək

31 Baxış

2023-cü il iyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək.

Turanmedia.az xəbər verir ki, DİM-dən Ölkə.az-a verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2023-cü il iyunun 22-dən 21 iyul saat 18:00-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678