Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərikimya”ya yeni baş direktor təyin edilib

43 Baxış

Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Turanmedia.az-ın məlumatına görə, “Report” şirkətə istinadən xəbər verir ki, bu, Elnur Məmmədlidir.

O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son 7 ildə isə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.

Xatırladaq ki, “Azərikimya”nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678