Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kür çayına zərər vuran kafelərə cərimə tətbiq edildi

307 Baxış

Mingəçevir şəhəri 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kür çayına zərər vuran kafelərə cərimə tətbiq etdi.
Turanmedia.az xəbər verir ki, sosial şəbəkədə yayılmış və daxil olmuş müraciət əsasında Mingəçevir şəhər ərazisində Kür çayının sol sahilində fəaliyyət göstərən “Çayka” gəmisində, “Liman” kafesində və “DEKA” MMC (İnci kafesi) araşdırma aparılıb.
Kür çayının çirklənməsi üzərinə daxil olan şikayətə, Mingəçevir şəhəri 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarə rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı “Çayka” gəmisinin və “Liman” kafesinin fəaliyyəti zamanı formalaşan çirkab suların axıdılması üçün nəzərdə tutulmuş boruların nasaz olması səbəbindən çirkab suların Kür çayına sızması halları müəyyən edimişdir. Bundan əlavə “Liman” kafesində mətbəxdə formalaşan suların plastik boru vasitəsilə birbaşa Kür çayına axıdıldığı məlum olub.
Tərəfimizdən “Çayka” gəmisinin sahibi İmanov Qardaşəli Elşən oğlu və “Liman” kafesinin icarədarı İsayev Tural Nazim oğlu barəsində Su obyektlərinin mühafizə qaydalarının pozulmasına görə inzibati xətalar məcəlləsinin 264.0.1 maddəsinə uyğun olaraq protokol tərtib edilb.
“Çayka” gəmisində və “Liman” kafesində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İmanov Qardaşəli və İsayev Tural Nazim barəsində “Məcburi göstəriş” verilib.

Araşdırma zamanı “İnci” kafesinin fəaliyyət göstərmədiyindən təmirə dayandığı məlum olub.
“İnci” kafesinə keçirilən baxış zamanı çirkab suların Kür çayına axıdılması halları müəyyən edilməmişdir.

Müraciətdə “İnci”, “Liman” kafelərinin “Çayka” gəmisinin fəaliyyətinin qanunsuz olduğu, tikililərin sökülməsi qeyd edilmişdir. Müraciətdə qeyd olunanlara aidiyyatı üzrə baxılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsinə, Fövqəladə Hallar Nazirliyinin və Kicik hecmli gemilere nezaret ve sularda xilasetme dovlet xidmetinin yerli bölmələrinə məktub göndərilmişdir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678