Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda “Rolls Roys” və “Bentley”lərin sayı açıqlandı

33 Baxış

Azərbaycanda 1,4 milyon ədəd minik avtomobilinin 45%-nin (təxminən hər 2 avtomobildən birinin) yaşı 20 il və daha çoxdur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, avtobus parkının vəziyyəti daha pisdir: “Avtobus parkının 63%-nin yaşı 20 və üzərindədir”.

Ekspert bahalı maşın markaları ilə bağlı məlumatların ilk dəfə daha detallı şəkildə açıqlandığını deyib:

“Ölkədə 63 ədəd “Rolls Roys” var. Avtomobil satışı saytlarına baxdım, hətta istismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymətinin 500 min – 1 milyon manat aralığında dəyişdiyi deyilir.

327 ədəd isə “Bentley” var. Son 10 və daha az yaşı olanların qiyməti 170-500 min manat intervalında dəyişir.

Bu markalardan 1 pillə aşağı sinifə aid olan “Lincoln” və “Alfa Romeo” kimi markaların sayı 424 ədəddir – ilindən asılı olaraq bu markadan olan maşınların sayı 50-200 min manat intervalında dəyişir.

Bahalı markalar içərisində ən geniş yayılanı “Land Rover”dir: avtomobil parkında bu maşınlar 8661 ədəddir. İstismar müddəti 10 il və daha az olanların qiyməti 100 -450 min manat arasında dəyişir”.

R. Ağayev bildirib ki, bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90% riyazi dəqiqliklə informasiya verir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678