Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib- Saxlanılanlar var

42 Baxış

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Cəlilabad Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı saxlanılıb.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. Rafiq Cəlilov Naxçıvanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qudasıdır. Fazil Ələkbərov həm də Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla qudadır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678