Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Goranboyda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

27 Baxış

Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə VAZ-2107 markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.

Turanmedia.az report-a istinadən xəbər verir ki, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678