Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bağırsaqda xərçəngi erkən göstərən qan testi

47 Baxış

45 yaşından sonra hər kəs bağırsaq xərçəngini erkən mərhələdə aşkar etməyə imkan verən qan testindən keçməlidir.

Turanmedia.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq İqor Samoylenkanın sözlərinə görə, bağırsaq xərçəngini erkən aşkarlamaq mümkündür.

“Heç bir əlaməti olmasa da, 45-50 yaşdan yuxarı insanlarda nəcisdə gizli qan testi aparılır. Məhz bu testin köməyi ilə bağırsaq xərçəngini ilkin mərhələdə aşkar etmək olar.

Kolonoskopiya xərçəngin erkən diaqnozunu asanlaşdırır. Bu prosedur sayəsində poliplər aşkar edilir ki, bu da həkimlər tərəfindən xərçəng öncəsi “vəziyyətlər” adlandırılır.

Məhz bağırsaqda yaranan poliplərdən sonra bədxassəli şişlər-kolorektal xərçəng əmələ gəlir”.

Samoylenko bildirib ki, aşkar edilmiş poliplər çıxarıla bilər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678