Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda bu ərazidə evlər sökülür – Sakinlərə 5 min kompensasiya veriləcək?

40 Baxış

Paytaxtın “Kubinka” və “Papanin” kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur başlanılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sakinlərin bir çoxu razılığa gəlsə də, ərazidə yaşayan bəzi vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilməyib. Bu isə ərazidə çoxmərtəbəli binaların inşası prosesini ləngidir.

Tikinti şirkətindən atv-yə bildirilib ki, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 310 ailədən 215-i ilə razılıq əldə olunub.

Oxşar vəziyyət Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə də qeydə alınıb. Bu ünvanda da 230 sakindən 185-i ilə müqavilə bağlanılıb. Bəzi sakinlərlə müqavilə bağlanmamasının səbəbi mənzillərinin dəyərindən artıq kompensasiya tələb etmələridir.
Qeyd edək ki, adı çəkilən ünvanlardakı yeni mənzilin bazar qiyməti hər kvadrat üçün 2 min manat olsa da, sakinlər 4-5 min manat tələb edirlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678