Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qonşular arasında dava düşüb, xəsarət alan var

32 Baxış

Bakıda qonşular arasında dava düşüb, xəsarət alan var.

Turanmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən “Ölkə.Az”a bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində Yasamal rayonunun 1-ci Alatava küçəsində qonşular – 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlu orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678