Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramil Əsgərov Fəxri diplomla təltif olunub

121 Baxış

Biləsuvar rayonunda, sahibkar Ramil Əsgərova “Mübarizlər” Cəmiyyətinin Fəxri Diplomu və “Qələbə Şəhidləri” kitabı təqdim olunub.

Turanmedia.az xəbər verir ki, təqdimat mərasimində “Mübarizlər” Cəmiyyətinin sədri Əbülfət Şahmaroğlu, sədr müavini Sədrəddin Əliyev və digər əməkdaşları iştirak ediblər. Biləsuvardan olan media nümayəndələri Surxay Şahbazlı, Samir Qurbanov, Səlamət Rəhimov, Tural Nəsirov, həmçinin cəmiyyət üzvləri təqdimat mərasimə qatılıb, öz fikirlərini bölüşüblər.

Əbülfət Şahmaroğlu çıxışında bidirdi ki, bu gün cəmiyyətimizin üzərinə düşən ali məqsədlərdən biri, öz fəaliyyət sahəsindən asılı olmayaraq, dövlətimizə və cəmiyyətə faydalı xidmətləri olan insanları aramaq, onlara qiymət vermək və ictimaiyyətə təqdim etməkdir. Məhz Biləsuvar rayonunun sakinləri də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, birlik nümayiş etdirmiş, qələbəyə öz töhfələrini verib. Cəmiyyətin sədr müavini Sədrəddin müəllim əlavə etdi ki, müharibə ərəfəsində arxa cəbhədə fəallıq göstərən biləsuvarlılar çox olub. Daha aktiv fəallığı ilə seçilən oğullardan olan Ramil Əsgərovun cəmiyyətin Fəxri diplomuna layiq görülməsi onun əməli işləri ilə ictimai nüfuza sahib olmasıdır. O, bütün bunlarla yanaşı fəaliyyətində aztəminatlı ailələrə köməkliklərin edilməsində təşkilati işlərdə maddi və mənəvi dəstəyini əsirgəməmişdir.

 

Şair Səlamət Rəhimoğlu və digər qonaqlar da çıxış edərək Vətən müharibəsində, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun şanlı qələbəsindən söz açmışlar. Qeyd olunmuşdur ki, arxa cəbhədə fəallığı ilə seçilən həmyerlilərimizin fədakarlığının qiymətləndirilməsi təqdirəlayiq haldır. Ramil Əsgərov ardıcıl olaraq cəbhəyə, əsgərlərə payların çatıdılmasında yaxından iştirakla yanaşı rayonda əsgər ailələrinə ziyarətlər təşkil etmiş, ehtiyaclı və çətinliyi olan ailələrə yaxından köməklik göstərilməsinə bilavasitə təşəbbüs göstərmişdir. O, şəxsi və ətrafında olan dostların maddi imkanlarını səfərbər edərək qazilərin yanında olmağı da unutmayıb.

 

Görüşün sonunda “Mübarizlər” Cəmiyyətinin sədri Əbülfət Şahmaroğlu tərəfindən xeyriyyəçi sahibkar Ramil Əsgərova Fəxri diplom və “Qələbə Şəhidləri” kitabı təqdim olundu. Bir daha vurğulandı ki, 44 günlük Vətən Müharibəsində arxa cəbhədə canı ilə, malı ilə, dövlətə və dövlətçiliyə dəstək olan Ramil Əsgərov kimi vətəndaşlarımızın əməyi unudulmamalıdır.

Səlamət Rəhimov, “Qızıl qələm” mükafatı laureatı, nəğməkar şair


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678