Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir sakini kömək istəyir: “56 yaşım var, iş vermirlər” – Video

55 Baxış

Mingəçevirdə Az.Dres qəsəbəsi “Vaqonlar” deyilən ərazidə bir otaqlı tikilidə yaşayan İsgəndərovlar ailəsinin köməyə ehtiyacı var.

Turanmedia.az xəbər verir ki, 6 ay öncə uzun sürən ağır xəstəlikdən sonra həyat yoldaşı dünyasını dəyişmiş və hazırda 2 övladı ilə sözügedən tikilidə birgə yaşayan Aytəkin İsgəndərova evdə yavan çörək də olmadığını deyir.

O bildirir ki, ikisi xəstə, biri isə işsiz olan 3 övladı ilə birgə dolanmaq üçün küçələrdən müxtəlif qazlı içkilərin qablarını, metallar yığıb satırlar.

“Evdə nə qaz, nə işıq, nə də su var. Ona görə ki, kartlarda pul yoxdur”, – A. İsgəndərova deyir.

O bildirir ki, 56 yaşı olduğu üçün heç bir yerdə işə götürmürlər, sağlam övladı isə əvvəllər müqavilə əsasında hərbçi işləyib, müqavilə bitdikdən sonra onu da işdən çıxarıblar.

A.İsgəndərova deyir ki, Mingəçevir Məşğulluq Mərkəzində növbəyə dayansalar da, heç bir nəticəsi olmayıb. O dolanmaq üçün özünə və övladlarına iş, həmçinin maddi dəstək istəyir.

Aytəkin İsgəndərova ilə əlaqə saxlamaq üçün: +99450 342 31 17

 

Esmira Hidayətova