Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN-in bir qrup əməkdaşı təltif edildi – FOTO

134 Baxış

Daxili İşlər Nazirliyinin (DİN) bir qrup əməkdaşı Azərbaycanda Polis Günü ilə əlaqədar təltif edilib.

Oxu.Az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub.

Nazirin digər əmri ilə DİN mətbuat xidmətinin inspektoru Anar Qafarova Azərbaycan Polis Günü ilə əlaqədar növbədənkənar polis mayoru rütbəsi verilib.

Eyni zamanda, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678