Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekonom klassda uçmaq təhlükəlidir – Cərrah

33 Baxış

Səyahətçi, təyyarə trombozu deyilən sindrom artıq illərdir neçə-neçə insanın həyatını alıb.

Təyyarə ilə uçmaq damar sistemini təhlükəyə qoyur, buna ciddi hazırlaşmaq və bəzi qaydaları bilmək lazımdır.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, ali dərəcəli ürək-damar cərrahı Nikolay Şpilev “səhayətçi trombozundan” danışıb.

“Aviauçuşlar zamanı təyyarə kabinində oksigen azlığı, təzyiqin düşməsi, həyəcan, yüksəklik və uzun müddət oturaq vəziyyətdə qalmaq aşağıdakı halları yaradır:

– Hündürlük dekompression xəstəliyi
– Orta qulağın və burun ciblərinin travması
– Emfizema
– Venoz trombemboliya

– İlk dəfə ucuş zamanı embolik ağırlaşma barədə 1954-cü ildə Homans məlumat verib.

1977-ci ildə bu ekonom klass sindromu adını aldı. Çünki bu hissədə uçanlar daha çox ayaqları qatlama vəziyyətində olur və uzana bilmir.

İstənilən trombozun əsasında 3 səbəb durur: qan dövranının durğunlaşması, qanın qatılaşması və damar divarının pozulması.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678