Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşsizlər, qaçqınlar, vətəndaşlığıı olmayanlar icbari tibbi sığortadan yararlana bilərlər

53 Baxış

“Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır”.

Turanmedia.az xəbər verir ki, bunu Tns-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər.

Qeyd olunub ki, onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər: “2022-ci ildən etibarən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması üçün göndəriş verilməsi qaydasında müsbət istiqamətdə dəyişikliklər edilib. Belə ki, vətəndaşlar poliklinika/Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına müraciət edə bilirlər. Vətəndaşlar sözügedən tibb müəssisələrinə müraciət zamanı şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər”.

Qurumdan bildirilib ki, stasionar tibbi xidmət üçün göndəriş vərəqəsinin təqdim edilməsi mütləqdir: “Göndəriş vərəqəsini vətəndaş öz regionu üzrə ixtisaslı həkimə müraciət edərək əldə edə bilər və ya paytaxtda ixtisaslı həkim müayinəsindən sonra stasionar yatışa göstəriş olarsa əldə edə bilər.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində icbari tibbi sığorta ilə müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə 141 müqaviləli tibb müəssisəsindən birinə (müqaviləli tibb müəssisələrinin siyahısı) göndəriş verilir”.

İcbari tibbi sığortadan kimlərin yararlanacağına gəlincə, Agentlikdən deyilib ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən aşağıdakı şəxslər istifadə edə bilər:

– Ölkə vətəndaşları

– Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

Ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan xarici ölkə vətəndaşları.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678