Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentlə görüşən Rasim Balayev niyə rahat buraxılmır? – Bunun unikal səbəbini…

34 Baxış

Rasim Balayevin adı niyə bu qədər hallandırılır? Orden aldığına görə? Tariximizi və həyatımızı zəngin obrazlar sərgisinə çevirmiş sənətkara bir “İstiqlal” ordeni nə böyük şey imiş ki, dəqiqə başı başına vuraq? Bəzən hətta bir şöhrətsizin, istiqlalsızın (?) də əlinin bu ordenə yetdiyi yerdə Rasim kimisinin ona layiq görülməsi daha müsbət hadisə deyilmi?

Prezidentə “Əsl Babək sizsiniz” dediyinə görə? Düz demir ki? Tarixdə və müasirlikdə hər kəsin öz yeri, öz adı olsa da, məgər bu uğursuz fikirdi? Babək bu xalqa aid olanı müvəqqəti ərəb işğalçılarından, İlham Əliyev erməni işğalçılarından həmişəlik geri almadı? Bir xalqa aid olan torpaqdan, iki qəhrəmandan söhbət gedirsə, bu müqayisədə qəbuledilməz nə var?

Layiq olduğu mükafatı almağa getdiyi, daha doğrusu dəvət olunduğu halda, Prezidentlə siyasi söhbətlər aparmadığına görə? Rasim peşəkar siyasətçi və ya hansısa partiyanın üzvü olmadığı üçün ona aid olmayan döyüşkən missiyanın yükü altında onu sorumlu tutmaq nə qədər doğru tələbdir?

Bəs Rasim niyə rahat buraxılmır? Təbii ki, səbəbsiz şey olmur.

Məncə bunun unikal səbəbini özü tapmalıdır. İctimaiyyətə açıqlamasa da olar. Yetər ki, özü bilsin…

Aydın Quliyev,

“Bakı xəbər” qəzetinin baş redaktoru


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678