Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvar Təhsil Kompleksinə qəbul davam edir

54 Baxış

Avqust ayının 26-sı IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə imtahan verəcək.
Diqqətinizə çatdıraq ki, avqustun 19-u baş tutan qəbul imtahanında iştirak edə bilməyən şagirdlər ( V-IX sinif ) avqustun 26-sı keçiriləcək imtahanda iştirak edə, Azərbaycan dili,riyaziyyat və ingilis dili üzrə biliklərini yoxlaya biləcəklər.
İmtahan avqust ayının 26-sı saat 09:00-da Kompleksin əsas binasında təşkil olunacaq.
Qeyd edək ki, imtahana giriş ödənişlidir. Aşağıda paylaşılan rekvizitə uyğun hər bir şagird 20 AZN ödəniş etdikdən sonra ödəniş qəbzini imtahan günü liseyə təqdim etməlidir.

Bütün şagirdlərə uğurlar arzu edirik.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678