Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Koroğlu” metrosu önündə qəza: sıxlıq yarandı

36 Baxış

Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, hadisə səbəbindən prospektdən üzü mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678