Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən yolunda şəhid olanlar ölmürlər

201 Baxış

Vətən yolunda şəhid olanlar ölmürlər

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Məhz unudulmayan qəhrəmanlardan biri də öz doğma kəndini işğalından azad edərkən Şəhidlik zirvəsinə ucalan şəhid Qurbanov Əliqismət Zamanovdur. Bəli, qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Onu da deyim ki, şəhidlər qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.

Bir millətin kimliyi onun qəhrəmanlarında özünü təcəssüm etdirir. Qəhrəmanın əbədiliyi xalqın əbədiliyidir. Şəhidlik isə qəhrəmanlığın ən ali məqamıdır. Şəhidlik zirvəsi şərəfli olmaqla yanaşı, həm də böyük bir imandır. Bu zirvənin sahibləri heç vaxt unudulmur. Belə unudulmaz, cəsarəti ilə qorxaq erməni qəsbkarlarını lərzəyə salan, varlığı belə düşmən üçün ən ağır zərbə olan oğullarımızdan biri Əliqismət Qurbanov haqqında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev demişdi ki, Əliqismət kimi 7 döyüşçü ilə Xankəndini azad edə bilərəm.

Bu gün onun şəhidlik zirvəsinə ucaldığı gündür. Şəhid Əliqismət Qurbanov 41 yaşında 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qoşulub. Şəhid Əliqismət Qurbanov Milli Ordu kəşfiyyatçısı kimi xidmət edib. Şəhid Əliqismət Qurbanov Agdərə rayonun Xatınbəyli, Manik, Güneypəyə, Ortapəyə, Cıldıran, Qazançı, Drmbon, Sırxavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

Son döyüşü 28.08.1992 — ci ildə Agdərə rayonun Xatınbəyli (dünyaya göz açdığı kənd) kəndində gedən döyüşlər olub və elə öz doğma kəndinin işğalından azad edilməsi zamanı Şəhidlik zirvəsinə ucaldı.

Qeyd edək ki, şəhid Qurbanov Əliqismət Zaman oğlu 1950-ci ildə Ağdərə rayon Xatınbəyli kəndində dünyaya goz açıb.

Esmira Hidayətova,Ağdam

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678