Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir

7 Baxış

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.