“Metro Park”da partlayıcı həyəcanı – Saxlanılan var
18 Baxış

“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.
Turanmedia.az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.
Polis yanlış məlumat verən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiqləyib.
Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.