Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Son 5 ildə Azərbaycan vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı açıqlandı

37 Baxış

Azərbaycandan yaşamaq üçün başqa ölkələrə gedənlərin olduğu kimi, bəzən əcnəbilərin də həyatlarını Azərbaycanda davam etdirməsinin şahidi oluruq.

 

Maraqlıdır, son beş ildə neçə nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub? Bu müddətdə neçə nəfər əcnəbiyə qaçqın statusu verilib?

Turanmedia.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən Tns-in bu barədə sorğusuna cavab verilib.

“Bildiririk ki, 2018-ci il yanvar ayının 1-dən bu günədək müxtəlif dövlətlərdən, müxtəlif etnik tərkibdə 2122 nəfər (övladları ilə birlikdə 2208 nəfər) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub”, – deyə məlumatda bildirilib.

Qurumdan deyiblər ki, hazırda müxtəlif ölkələrdən gələn 72 əcnəbi qaçqın kimi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678