Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir

129 Baxış

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.

“Report”un məlumatına görə, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. O, Azərbaycanın işğal altındakı torpaqlarını düşmən tapdağından azad etmək üçün 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Nobarın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678