Seysmoloji Xidmət Mərkəzi zəlzələ xəbərini təkzib etdi

9 Baxış

“Əhalinin nəzərinə çatdırıram ki, respublika ərazisində heç bir hiss olunan zəlzələ baş verməyib”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, professor Qurban Yetirmişli deyib.

“Xahiş edirik, şaiyələrə inanmayın, xəbərləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytından izləyin”.

Qeyd edək ki, KİV zəlzələ xəbərini RSXM-ə istinadla yaysa da, məlumatın sonradan mərkəzin saytından silindiyi bildirilir.