Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İl ərzində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı AÇIQLANDI – FOTO

117 Baxış

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə 2 074 276 vətəndaşa 9 234 527 tibbi xidmət göstərilib.

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 4 411 676 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 7 795 567-si ambulator, 1 438 960-ı isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən 7 664 658-i (83 %) 18 yaşdan yuxarı, 1 569 869-u (17 %) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Cari ilin birinci yarımilində 13 Tibbi Ərazi Bölməsi (TƏB) üzrə əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricilər (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ardıcıllıq:

Bərdə-Yevlax TƏB (1022), Şəki-Zaqatala TƏB (755), Quba-Xaçmaz TƏB (714), Göyçay-Kürdəmir TƏB (680), Gəncə TƏB (618), Dağlıq-Şirvan TƏB (593), Şəmkir-Tovuz TƏB (408), Bakı TƏB (378), Ağdam-Ağcabədi TƏB (318), İmişli-Sabirabad TƏB (291), Sumqayıt TƏB (231), Cəlilabad-Salyan TƏB (231) və Lənkəran TƏB (196).

Qeyd edək ki, göndərişlərin 7 976-sı (92 %) planlı, 674-ü (8 %) isə təcili əsasla qeydə alınıb.

Həmçinin ilkin hesablamalara görə, cari ilin ilk 6 ayı ərzində ölkə üzrə 7 386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 260 nəfərini uşaqlar təşkil edib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən, ölkədə icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 9 milyon 607 min 500 nəfər təşkil edir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678